YENİ TELEGRAM KANALIMIZI İZLƏYİN @SERIESAZOFFICIAL
Professor (isp. El Profesor) ləqəbli sirli bir adam tarixdə ən böyük pul soyğununu həyata keçirməyi planlaşdırır. Bu böyük ambiasiyalı planı həyata keçirmək üçün itirməyə heç nəyi qalmayan, xüsusi qabiliyyətlərə malik 8 nəfəri soyğuna cəlb edir. Məqsəd İspaniya Kral Zərbxanasına basqın təşkil etmək və 2,4 milyard avro pul çap edib aparmaqdır. Bunun üçün onların 11 günə ehtiyacları var. Bu zaman müddətində komanda 67 girov və polislərlə də məşğul olmalıdır.
Şerloku heç vaxt belə görməmisiniz! Ser Artur Konan Doylun qəhrəmanı eyniadlı serialda qeyri-adi şəkildə qarşımıza çıxır. Benedict Cumberbatch-ın canlandırdığı Şerlok gözəlliyə malikdir, lakin ustadın özü kimi sürprizlərlə doludur. Müasir texnologiyanın imkanlarından istifadə etməkdən çəkinmir. Telefonu və internet saytı var. Baxmayaraq ki, müasir Şerlok seyr edirik, o, öz qəribəlikləri, ağlı və ruhu ilə ustadın xatıdrladır. Şerlokun sağ əli olan Dr. Watson obrazın Martin Friman canlandırır
80-ci illərdə itən bir uşağın axtarışı ilə cərəyan edən hadisələr silsiləsi. Qorxu, həyəcan və fövqəladə halları özündə birləşdirən netflix serialı.
Mövzusu Kolumbiyada cərəyan edən və çəkilişlərinin Kolumbiyada gerçəkləşdiyi teleserialın birinci və ikinci mövsümləri kokain istehsalı və distribusiyası sayəsində milyarderə çevrilmiş məşhur narkobaron Pablo Eskobarın həyatından və onun rəqib narkabaronlarla və hökumət ilə qarşıdurmasından bəhs edir.
Dark- Netflix istehsalı olan ilk alman dilli serialdır. Balaca bir alman qəsəbsində uşaqlar itməyə başlayırlar. Onların axtarışı zamanı dörd ailənin keçmişdə parçalanmış münasibətləri, ikili yaşamlar və müxtəlif qaranlıq məqamlar ortaya çıxır.
Hekayə ağ ciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Uolter Uaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Uayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur.
Serial öz zamanlarının ailə həyatından, alkoqolik elm adamı Rick və onun nəvəsi Morty'nin macəralarından bəhs edir. Serialın yaradıcılarından olan Dan Harmon Rick xarakterini nə edəcəyini deməyi sevməyən anarxist kimi təqdim edir. Burada həmçinin kainatın böyüklüyü ilə müqayisədə insanın nə qədər önəmsiz olduğunu da vurğulanır. Xoş izləmələr!
Serial əfsanəvi Raqnar Lodbrok və onun ailəsinin, övladlarının həyatından, qədim dövrdəki vikinqlərin həyat tərzindən bəhs edir. Raqnar, qorxmaz bir döyüşçü olmaqla yanaşı, tanrılarla bağlı olan Skandinaviya adət-ənənələrini təcəssüm etdirir. O, adi bir kəndçidən yarllığa yüksəlir və İngiltərəyə uğurlu basqınlar təşkil edir. Xoş İzləmələr!
Peaky Blinders 1-ci Dünya Müharibəsindən sonra Britaniyada baş verən hadisələrdən bəhs edən ingilis serialıdır. Steve Knight tərəfindən qələmə alınan bu şahəsərin bütün bölümlərini saytımızda izləyə bilərsiniz.
97 il əvvəl yerüzündə insanların ölümüylə nəticələnən nüvə müharibəsi baş vermiş və yayılan radiasiya dünyanı yaşanılmayacaq hala salmışdı. Yerin orbitində 12 fərqli ölkəyə aid stansiyalarda həyatta qalan insanlar Ark stansiyasında birləşmək qərarına gəlirlər. Lakin qısa zaman sonra burada qıtlıq meydana çıxır. Yeni ərazilərin kəşf edilməsi üçün 100 məhbus gənc keçmiş günahlarının bağışlanması qarşılığında Weather savaşdan öncə qurulan Weather Dağına göndərilir.
Bu fantastik antologiya seriyası bəşəriyyətin ən böyük yenilikləri və qaranlıq instinktlərin toqquşduğu yüksək texnologiyalı yaxın gələcək haqqında bəhs edir.
''Cəhənnəm Lordu'' Lucifer Morningstar; Los Angeles Polis Şöbəsi üçün cinayətkarları yaxalayır. Ancaq onun böyük bir sirri var: Bu cazibədar insan əslində yerə düşmüş bir mələkdir! Tanrı ilə şeytanın mübarizəsinə daha fərqli və əyləncəli baxış forması yaradan serial, Luciferin özündən razı hərəkətləri ilə də özünə xeyli izləyici kütləsi toplayıb. Xoş izləmələr!
Günümüzdə cərəyan edən hadisələri əks etdirən serialda Archie, Betty, Veronica və dostlarının cəsur addımlarından, balaca bir qəsəbədə həyatın reallıqlarından, qaranlıq və qəribə yaşanmışlıqlardan bəhs olunur.
The Punisher - xəyali Marvel dünyasında yaşayan Frank Castle adlı dəniz piyadasının həyatını anladır. Ailəsini öldürən cinayətkarları tapıb cəzalandırmağa çalışan Frank özünü hərbi sui-qəsdin içində tapır. Xoş izləmələr!
Clay Jensen bir gün məktəbdən evə qayıtdıqda qapıda ona göndərilmiş bir qutu tapır. Qutunun içində sevgisini heç cür etiraf edə bilmədiyi dostu Hannah Baker tərəfindən qeydə alınmış 13 ədəd kaset vardır. Maraqlısı budur ki, Hannah 2 həftə əvvəl intihar etmişdir. O, ilk kasetdə onu intihara sürükləyən şəxsləri bu kasetləri izləyərək tapa biləcəyini deyir. Xoş izləmələr!
Serial hal hazırda London Metropolitan Polis Təşkilatının Qoruma Şöbəsinin nümayəndəsi David Budd'un başına gələn hadisələri işıqlandırır. Daxili İşlər Naziri Julia Montague'nin mühafizəçisi olaraq vəzifələndirilən David vəzifə və inancları arasında çətin seçim qarşısında qalır. Xoş izləmələr!
Keçmiş FBI casusu John E. Douglas'ın xatirələrindən bəhs etdiyi serial
Elite serialı ölkənin ən məşhur və elit təbəqənin oxuduğu məktəbə getmək haqqı qazanan 3 kasıb gəncin hekayəsindən bəhs edir.
''El Camino: Breaking Bad'' filmi serialın tam olaraq bitdiyi yerdən başlayır, qaçaq olan Jesse Pinkman-a və onun qaçış hekayəsindən bəhs edir.
Şekspirin əsərinə əsaslanan The King filmi İngiltərə taxtının varisi dikbaş şahzadə Hal'ın həyatından bəhs edir. Hal ailəsindən və taxtdan üz çevirib sadə xalq arasında həyatına davam edirdi. Lakin atası öldükdən sonra Kral V Henry olaraq taxta çıxmaq məcburiyyətində qalır. O artıq sarayda dəyişikliklər etməli, müharibə və xaosun təsirini aradan qaldırmalıdır. Xoş izləmələr!
Witcher-in fantastik hekayəsində bir əsrdən çox birlikdə yaşayan insanlar, cırtdanlar və elflər arasında barışıq başa çatır və yeni bir millətlərarası müharibə baş verir. The Witcher kimi tanınan sui-qəsdçi Rivia Geralt, vəd edilmiş uşağın doğulmasını gözləyir. Bu uşaq dünyanın bütün tarazlığını dəyişdirmək gücünə malikdir.
Film ölkəsinə dəlicəsinə bağlı olan Şimali Afrikalı general Aladeenin demokratiyasının ölkəsinə gəlməməsi üçün verdiyi mübarizəni yumor şəklində bizə göstərir. Bir diktator olan Aladeen demokratiyadan nifrət edir və ölkəsinə gəlməsinə maneə törətmək adına hər cür mübarizəni vermişdir. Bir diktatorun edəcəyi ən axmaq və absurd hadisələr ancaq bu qədər yaxşı izah edilə bilərdi. Xoş izləmələr!
Park ailəsi ilə tanış olun: atadan gələn sərvətlə zəngindirlər. Digər tərəfdən, Kim siləsi küçə zəkası ilə zəngindir, ancaq başqa sərvətə sahib deyil. Şans əsəsri və ya təsadüfən , bu iki ailə bir araya gəlir və hadisələr cərəyan edir...