Kateqoriya adı:

Türk

Börü

Hekayə Türkiyənin atəş halqası ilə çevrələndiyi 2014-cü ildə başlayır. Düşmənin məlum olmadığı kölgə savaşlarında Türkiyə çox böyük təhlükəylə qarşı-qarşıyadır. Xüsusi təyinatlı 34-50 ratsiya kodlu polis dəstəsi - Börü vətən eşqi ilə yanıb tutuşan əsgərlərdən təşkil edilmişdir. Serial gerçək hadisələrə əsaslanır. Xoş izləmələr!

İZLƏ


IMDB 8.2

2020-05-15 11:46:38

Börü (FİLM)

Börü - ən seçkin xüsusi təyinatlı polis dəstəsidir. Elit əsgərlərdən ibarət olan dəstənin yerinə yetirə bilməyəcəyi bir vəzifə yoxdur. Vətən eşqi ilə yanıb tutuşan yalnız qəhrəmanlar xəyanətlərin, daxili və xarici düşmənlərin bəlli olmadığı yerlərdə canlarından keçməyə hazırdırlar. Börü Türkiyə tarixinin ən yaxın dövrdəki çevriliş cəhdi - 15 İyul məsələsinə də toxunur. Xoş izləmələr!

İZLƏ


IMDB 7.0

2020-05-15 11:29:53

Mucize 2: Aşk

Qüsurlu bir adam - Aziz və arvadı kənddə yaşadıqları problemlərdən bezərək qərbdə bir qəsəbəyə köçməyə qərar verirlər. Lakin burada da müxtəlif problemlərlə qarşılaşırlar. Arvadı Mızginə aşiq olan Aziz onun üçün bütün əngəllərindən qurtulmağa qərar verir və çətin bir mübarizəyə başlayır. Bu mübarizədə Mahir müəllim və rejissor Bahattinin də köməyilə möcüzə gerçəkləşdirməyə çalışacaqdır. Xoş izləmələr!

İZLƏ


IMDB 6.7

2020-05-06 16:54:38

Mucize

1960-cı illərin yoxsul Türkiyəsinə diqqət çəkilən filmdə eyni zamanda çevriliş dövrünün təsirləri də əks etdirilir. Filmdə Ege bölgəsinin cənnət kimi guşəsindən Anadolu kəndlərinə sürgün edilən müəllimin hekayəsi anladılır. O, burada kəndxudanın Aziz adlı qüsurlu oğluna da dərs deyir və onun inkişafına səbəb olur. Aziz evləndikdən sonra insanların təzyiqinə dözməyərək kənddən ayrılır. 7 il sonra geri döndükdə isə hər şey tamamilə dəyişəcəkdir. Xoş izləmələr!

İZLƏ


IMDB 7.6

2020-05-06 16:44:54

İşe Yarar Bir Şey

Leyla gecə qatarıyla etdiyi səyahət zamanı böyük zövqlə mənzərəni və insanları izləməkdədir. Elə bu zaman gözü birdən tibbdə oxuyan Canana sataşır. Cananı son stansiyada Yavuzun evində ağır bir məsuliyyət gözləyir. Leyla onun anlatdıqlarından və anlada bilmədiklərindən bir hekayə qurur və ona yardım etməyə qərar verir. Hekayənin sonunda onları nələrin gözlədiyindən xəbərsizdirlər. Xoş izləmələr!

İZLƏ


IMDB 7.8

2020-05-05 23:21:48

Ölümlü Dünya

Uzun illərdir restoran idarəetməsi ilə məşğul olan Mermer ailəsi 8 nəfərdən ibarət geniş bir ailədir. Kənardan baxanda olduqca sakit həyat sürdükləri düşünülsə də, gerçəklər tamam fərqlidir. Bu ailə nəsildən-nəsilə muzdlu qatillərdir və böyük bir təşkilata xidmət göstərirlər. Lakin bir gün təşkilatla aralarında narazılıqlar yaranır və ölüm-qalım savaşı verməyə başlayırlar. Xoş izləmələr!

İZLƏ


IMDB 7.7

2020-05-05 23:13:37

Sadece Sen

Ali həyatının çətin dönəmlərini yaşamaqdadır. Necə mübarizə aparacağını düşündüyü anda səssiz, sakit həyat sürməkdə olan görmə qüsurlu Hazal ilə qarşılaşır. Bir-birlərini tanıdıqca Alinin Hazal haqqında öyrəndikləri ona keçmişdə etdiyi səhvləri xatırladacaqdır. Ali hər nə qədər boksu atmaq istəsə də, sevgisi uğrunda son bir döyüşə çıxmağa qərar verəcəkdir. Xoş izləmələr!

İZLƏ


IMDB 7.4

2020-05-05 18:37:11

Sonsuz Aşk

Zeynep kiçik hadisələrlə belə xoşbəxt olmağı bacaran bir qadındır. Can isə gənc yaşda professor olmuş işinə dəyərr verən bir cərrahdır. Heç bir ortaq yönləri yoxmuş kimi görünən Zeynep və Can bir gün gözlənilmədən qarşılaşacaqlar və sonsuz bir eşqin içinə düşəcəklər. Bu eşqə qovuşmaq üçün onlar bir çox əngəli geridə qoymalıdırlar. Xoş izləmələr

İZLƏ


IMDB 6.1

2020-05-05 18:34:51

Senden Bana Kalan

Uşaqlıqda ata-anasız böyüyən Özgür babasının var-dövləti sayəsində çətinlik çəkmədən ərköyün olaraq böyüdülmüşdür. Babasından qalan miras sayəsində rahat həyat sürəcəyini düşünən Özgür 18 yaşına çatdıqda vəziyyətin xəyal etdiyi kimi olmadığını anlayar. O, babasının mirasını ala bilmək üçün bir şərti yerinə yetirməlidir: İstanbuldan Çanakkalenin Adatepe kəndinə köçüb orada 1 il yaşamalıdır. Adatepe kəndinə gələn Özgür həyatının ən böyük sürprizi - Elif ilə qarşılaşacaq. Xoş izləmələr!

İZLƏ


IMDB 6.6

2020-05-03 14:32:36

Cinayet Süsü

Filmdə ardıcıl törədilən qətllərin üstünü açmağa çalışan istintaq-əməliyyat qrupunun macəralarından bəhs olunur. Onlar bir-birinin ardınca törədilən qətllər barədə heç bir ip ucu və sübut tapa bilmirlər. Cinayətlərin sayı isə gündən-günə artır və xalqda narazılıqlar yaranır. Bu səbəbdən də bu qrupun tərkibinə yeni üzv - cinayət mütəxəssisi Dizdar Koşu daxil edilir. Onlar cinayətkarı tapa biləcəklər mi? Xoş izləmələr!

İZLƏ


IMDB 7.3

2020-05-02 15:17:15

Recep Ivedik 6

İZLƏ


IMDB

2020-04-27 19:09:34

Aşk 101

1990-cı illərin Türkiyəsində bir qrup gənc onları tərk etməsin deyə müəllimlərini birinə aşiq etməyə qərar verirlər. Onlar müəllimi məktəbə yeni gələn basketbol məşqçisinə aşiq etməyə çalışacaqlar. Bu müddətdə isə gənclər özləri eşqi kəşf edəcəklər və sevginin gücünü anlayacaqlar. Xoş izləmələr!

İZLƏ


IMDB 9.3

2020-04-24 13:04:54

Arif V 216

Robot olan 216 insan olmağın xəyalını qurar. Kosmosdan dünyaya çox sevdiyi dostu Arifin yanına gəlir və insan kimi yaşamağa başlayır. Adi insan kimi yaşamağa çalışsa da, fərqliliyi çox nəzərə çarpır. Yeni həyatına alışmağa çalışdığı anda eşq də qapısını döyəcəkdir. Xoş izləmələr!

İZLƏ


IMDB 7.2

2020-04-23 17:37:49

Kardeşim Benim 2

Hakan və Ozan dostları Tatonun öldüyünü eşidirlər. İki gün sonra Hakanın toyu olacaqdır, lakin dostlarını son mənzilə yola salmaq üçün kəndə gedirlər. Cənazədə isə işlər qarışır. Öldüyünü düşündükləri Tato əslində sağdır. Bundan əlavə yanlarında nişanlısından qaçan Leylanı da götürüb uzun və macəra dolu səyahətə çıxırlar. Xoş izləmələr!

İZLƏ


IMDB 4.5

2020-04-23 17:29:19

Kardeşim Benim 1

Sakit xarakterə malik Hakan 30 yaşında musiqi ilə məşğul olan sənətçidir. KİV-dən uzaq qalmağa çalışsa da, qardaşı Ozan ilə olan küskünlükləri KİV-in marağını cəlb edir. Ozan isə 28 yaşlı məşhur pop ulduzudur. Qardaşından fərqli olaraq gülərüz, zarafatcıl və danışmağı sevən biridir. Onların küskünlüyünün səbəbi uşaqlıq illərinə qədər uzanır. Xoş izləmələr!

İZLƏ


IMDB 6.0

2020-04-23 17:23:22

Canım Kardeşim

Kahraman, qardaşı və qardaşının dostu Halit yoxluq içində həyat yaşamaqdadırlar. Bu böhrandan qurtulmaq üçün tək ümidləri Kahramanın oxuyub hədəflərinə çatmasıdır. Bütün problemlərə rəğmən üçlü həyata gülümsəməyi, xoşbəxt olmağı bacarırdılar. Ancaq bir gün Kahramanın xərçəng olduğunu öyrənirlər və böyük zərbə alırlar. Kahramanın son arzusu isə bir televizorlarının olmasıdır. Artıq qardaşı və Halitin tək məqsədi televizor almaqdır..

İZLƏ


IMDB 8.7

2020-04-20 20:16:00

Türk İşi Dondurma

Filmdə Çanakkale Savaşı zamanı Avstraliyada yaşayan iki türkün vətənləri uğrunda mübarizəsindən bəhs olunur. Müharibə başlanacağını eşidən ikili ölkələrinə qayıtmaq istəyirlər. Ancaq onların adadan çıxmaqlarına icazə verilmir. Qısa müddət sonra Avstraliyada türklər əleyhinə nümayişlər başlanır. Bunu eşidən türklər Avstraliyada ölkələri üçün mübarizə aparmaq qərarına gəlirlər. Xoş izləmələr!

İZLƏ


IMDB 6.5

2020-04-20 20:03:41

Babam ve Oğlum

Doğulduğu zaman anasını itirən balaca Deniz bir qəzetdə yazar kimi çalışan atası tərəfindən balaca bir evdə yetişdirilmişdir. Onun atasından başqa tanıdığı bir qohumu yoxdur. Bir gün atası Denizə təəccüblənəcəyi bir xəbər verəcəkdir. Onlar artıq Deninin babasının yanında balaca bir qəsəbədə yaşayacaqlar. Küsülü olduğu üçün atasını ziyarətə gəlməyən Sadık bu küsülülüyü davam etdirəcəkdir. Sadıkın dönüş səbəbini anlamayan ailə bir tərəfdən sevincli olduğu qədər narahatlıq da keçirəcəkdir. Bir müdd

İZLƏ


IMDB 8.3

2020-04-19 21:48:02

Delibal

Delibal - eyni universitetdə təhsil alan Barış və Füsunun tutqulu eşq macərası. Barış Füsunu ilk gördüyü anda həyatında heç vaxt dadmadığı hisslər keçirir. Ona bu hissləri yaşadan qızın axtarışına çıxan Barış onu tapır. Füsunun ağlında isə təhsilini Amerikada davam etdirib karyera qurmaq fikri var. Barış onun könlünü ala biləcək mi? Xoş izləmələr!

İZLƏ


IMDB 6.8

2020-04-19 21:28:41

Mustang

Filmdə Karadeniz bölgəsində nənələriylə yaşayan 5 yetim qıza cəmiyyət tərəfindən edilən basqı və onların bu basqıya dirənişi, azadlıqları uğrunda mübarizəsi nağıl tonunda anladılır. Xoş izləmələr!

İZLƏ


IMDB 7.6

2020-04-19 13:55:53
1 2 3

Köməyə ehtiyac var? Bizimlə əlaqə saxla

[email protected]