Scroll down
Məqalə:

'The Platform' tam olaraq nəyi tənqid edir?

'The Platform' tam olaraq nəyi tənqid edir?

'The Platform' tam olaraq nəyi tənqid edir?

Hamının karantində olduğu bu dövrdə "The Platform" filmi Netflix tərəfindən istifadəçilərə təqdim edildi. Sistem və nizamla əlaqəli bir çox problem və sual işarələri olan İspaniyada çəkilən film çox izlənildi və çox sayda şərh aldı. Bəs "The Platform" filmi bizə nə demək və nəyi tənqid etmək istəyir?

Mərtəbələr. Mərtəbələrimiz...

Filmə adını verən platforma  hər mərtəbədə iki məhbus və ortada bir kvadrat yer olan vertikal qurulmuş bir həbsxanada (Hole) qida paylamaq üçün istifadə olunur. Sözügedən platforma ən üst mərtəbədə ən ləzzətli, cəlbedici və ən doyurucu yeməklərlə doldurulan bir masadır, lakin yüzlərlə mərtəbədən ibarət olan həbsxananın içində hərəkət edərkən  hər mərtəbədə iki dəqiqə dayanır və sona çatana qədər məhbuslar tərəfindən talan edilir.

Oyunun qaydası sadədir: üst mərtəbədə olanlar ən yaxşı yeməkləri yeyə bilirlər altındakılara isə onların artığı qalır. Güman edilir ki, sıfır nömrəli mərtəbədə  həbsxanadakı hər kəsə çatacaq qədər yemək hazırlanır. Axrıncı mərtəbəyə qədər yeməyin kifayət etməməsinin səbəbi, məhbusların acgöz olması və ehtiyac duyduqlarından artıq  yemək yeməsidir. Məhkumların kameraları hər ay təsadüfi bir şəkildə dəyişdirilir ki, bir məhbus eyni yerdə  qalmasın və platformada olduqları müddətdə aclıq çəkməsilər.

Toxun acdan xəbəri olmaz.

Filmin diqqətəlayiq elementlərindən biri, hər bir məhbusun hələ də tamahkar olmağa davam etməsi və aşağıdakıları başa düşməsinə baxmayaraq ehtiyac duyduğundan çox istehlak etməsi idi. "Bir ay əvvəl alt mərtəbədə idiniz, indi üst mərtəbələrin birində olarkən aşağıdakıları necə başa düşə bilməzdiniz?" sualı düşünüldükdə , "yuxarıya çıxdıqca aşağıda yaşadığın hər şeyi unudursan" mesajının verilmək istədiyi görünürdü. Bizə bir az kapitalizm nümunəsi verən Platform bizim üçün nələrisə pis edəcək və ya nələrisə yaxşı edəcək adamların ancaq yuxarıdakilər olduğu mesajını vermir mi? Çünki, "Yuxarı mərtəbədəki yeməyini səninlə nə qədər paylaşsa, o qədər doyursan, nə qədər yaxşı yemək saxlasa o qədər yaxşı yemək yeyirsən..."

Sevilən yeməklər.

'The Platform' da diqqəti cəlb edən başqa bir şey, hər kəsin ən çox sevdiyi yeməyin orada olması idi. Müsahibə ilə həbsxanaya girən insanlardan hansı yeməkləri bəyəndikləri soruşulur və menyuya əlavə olunurdu. İnsan fikirləşir: "Hər kəs bəyəndiyi yeməyi yeyib digərlərini saxlaya bilməzmi?" Ancaq sualın cavabı çox sadədir: İnsanlıq ...

Həmişə daha çoxunu istəmirikmi?  Bu gözəl bir detal idi, amma bu yeməklər mövzusunda düşünməyə məcbur edən başqa bir vəziyyət var.

Baş qəhrəmanımız Goreng'in 'dəniz ilbizi' sevgisi idi və kamera yoldaşı Trimagasi Goreng ilə birlikdə aşağıya enəndə Goreng'i yemək üçün bağlayır və ona `Dəniz ilbizim` deyə müraciət edir. The Platform"İstədiyiniz və sevdiyiniz hər şey tədricən sizi yeyəcək?" mesajınımı vermək istəyirdi? Yoxsa vegetarianizm mesajı? "Əgər sizin etdiklərinizi sizə etsəydilər, onları xoş qarşılayardınız?" sankii dəniz ilbizinin hisslərini Goreng  ifadə edirlər.

Rəqəmlər nə məna verir?

Həbsxanada 333 mərtəbə var və hər mərtəbədə iki nəfər qalır. Cəmi 666 nəfər. Platforma hər mərtəbədə 2 dəqiqə dayanır, bütün mərtəbələrə enmək üçün 666 dəqiqə çəkir. Xristian inanclarında 666 adətən şeytan və ya Dəccal kimi pis varlıqlar ilə əlaqələndirilə bilər. Bu detallar bilərəkdən filmə yerləşdirilib? Goreng'in Məsih fiquru kimi təqdim edilməsi bu nəzəriyyəni dəstəkləyirmi? Hətta filmdəki bəzi səhnələrdə digər personajlar Gorengə Məsih deyə müraciət edir. düzəldir və ya "Özünüzü Məsih hesab edirsiniz?" Kimi suallar verir.

Sistemə "Dayan" deyəcək  Gorengin məqsədi nədir? Həbsxananı idarə edən şeytani nizam və  əmrə qarşı üsyan və həmrəylik mesajı verməyə çalışan bir Məsih anlayışı yaratmaq?  Yoxsa özü ilə birlikdə apardığı kitab Don Kixot kimi sistemdəkilərə qarşı çıxmaq?

Filmi mütləq izləyin...

Filmi bu linkdən izləyə bilərsiniz:

https://www.series.az/episode-the-platform


Mənbə: milliyet

Köməyə ehtiyac var? Bizimlə əlaqə saxla

[email protected]


 

TÜRK FİLM VƏ SERİALLARI SERIALLAR.ONLINEDA!