Scroll down
Məqalə:

Star Wars İzləmə Ardıcıllığı

Star Wars İzləmə Ardıcıllığı

Star Wars İzləmə Ardıcıllığı

Star Wars İzləmə Ardıcıllığı

Sevənlərini 3 nəsildir "Space Opera" zövqü yaşadan Star Wars kino-kainatı, effektləri bu gün də hiss ediləm bir çox mövzuda dövrünün qabaqcıl və inqilabçısı olmuşdur. 1950-ci illərdən bəri özəl effektlər sahəsində gözlə görülən bir inkişaf göstərməmiş olan Hollywood-da inqilablar etmiş, kinoteatr ilə kompüter texnologiyasının birləşməsində önəmli rol oynamışdır. Əlavə olaraq modern elm və texnologiyalara olan töhfələri ilə də xatırlanmağa dəyər. Bütün dünyada səs gətirən bu populyar mədəniyyət dastanı, günümüzdə belə yeni kəşf edilən canlı növlərinə və texnologiyalarına ad mənbəyi olmağa davam edir. 

Bəs bu qədər önəmli bir kulliyat hansı sıra ilə izlənməlidir? İstehsal olunma sırasımı əsas götürülməlidir, yoxsa xronoloji olaraqmı izləməlidir? Illərdir bir çox insanın ağlında yer edinən bu suala verilə biləcək kəsin və net bir cavab yoxdur. Çünki bu zaman izləyicilərin şəxsi bəyənisini diqqətə aldıqda sadalanan arqumentlərin dəyəri qalmır. Bəziləri yayım tarixinə, bəziləri hekayənin zaman ardıcıllığına bağlı qalmaq seçimin edərkən, bəziləri də bambaşqa bir izləmə ardıcıllığı seçə bilir. Şüphəsiz bu xaotik mənzərədə George Lucas-ın da böyük payı vardır. Çünki Star Wars filmlərinin epizodik quruluşu yayım tarixləri ilə sinxron deyildir. Məsələn 1977-də yayımlanan A New Hope, əslində hekayənin dördüncü filmidir. Yenə illər sonra çəkilən və ikinci üçləmə olaraq adlanan filmlər isə xronologiyanın təpəsində yer alır. Hekayənin nədən bu şəkildə çəkildiyinə dair müxtəlif şayiələr olsa da, hamı tərəfindən qəbul görmüş bir cavab yoxdur.

Bu məqalədə bütün seçimləri sizlərə təqdim edəcək, sizlərə mümkün olduqca çox alternativ təqdim etməyə çalışacağıq. Ümid edirik bununla Star Wars külliyatına başlamaq istəyənlərə faydalı ola bilərik. Hamıya əvvəlcədən xoş izləmələr diləyirik ... 

Yayım Tarixlərinə Görə Star Wars İzləmə Ardıcıllığı

Filmləri çəkilmə tarixlərinə görə izləmək istəyənlər aşağıdaki ardıcıllığı təqib edə bilər. Filmləri bu ardıcıllıq ilə izləmək həm Star Wars-un inkişafını birə-bir görmənizə, həm də filmləri öz içərisində müstəqil şəkildə dəyərləndirmənizə kömək edəcəkdir.

  1.  Star Wars Episode IV: A New Hope (1977)
  2. Star Wars Episode V: The Empire Strikes Back (1980)

  3. Star Wars Episode VI: Return of the Jedi (1983)

  4. Star Wars Episode I: The Phantom Menace (1999)

  5. Star Wars Episode II: Attack of the Clones (2002)

  6. Star Wars Episode III: Revenge of the Sith (2005)

  7. Star Wars Episode VII: The Force Awakens (2015)

  8. Rogue One: A Star Wars Story (2016)

  9. Star Wars Episode VIII: The Last Jedi (2017)

  10. Solo: A Star Wars Story (2018)

  11. Star Wars Episode IX: The Rise of Skywalker (2019)

Xronoloji Olaraq Star Wars İzləmə Ardıcıllığı

Star Wars kainatının necə başladı və hadisələrin nə şəkildə inkişaf etdiyini daha yaxşı anlamaq istəyənlər bu ardıcıllığı təqib edə bilər. Xronoloji müqayisələr A New Hope-a əsasən edilmişdir.

  1. Star Wars Episode I: The Phantom Menace (A New Hope-dan 32 il əvvəl)

  2. Star Wars Episode II: Attack of the Clones (A New Hope-dan 22 il əvvəl)

  3. Star Wars Episode III: Revenge of the Sith (A New Hope-dan 19 il əvvəl)

  4. Solo: A Star Wars Story (A New Hope-dan təxminən 10 il əvvəl)

  5. Rogue One: A Star Wars Story (A New Hope-un başlamazdan bir az əvvəl bitir)

  6. Star Wars Episode IV: A New Hope

  7. Star Wars Episode V: The Empire Strikes Back (A New Hope-dan 3 il sonra)

  8. Star Wars Episode VI: Return of the Jedi (A New Hope-dan 4 il sonra)

  9. Star Wars Episode VII: The Force Awakens (A New Hope-dan 34 il sonra)

  10. Star Wars Episode VIII: The Last Jedi (A New Hope-dan 34 il sonra)

  11. Star Wars Episode IX: The Rise of Skywalker (A New Hope-dan 35 il sonra)

Machete İzləmə Ardıcıllığı

"Bu da nədir?" sualınızı dərhal cavablandıraq. Bir Star Wars fanı olan Rod Hilton-un 2011 ilində öz blogunda bəhs etdiyi bu ardıcıllıq zaman içərisində populyarlaşdı. Bu ardıcıllıqda məqsəd Star Wars Episode I: The Phantom Menace-in izlənməsinin lazımsız olduğu və ümumi hekayəyə heç bir əlavəsinin olmadığını göstərməkdir. Machete üçün spoiler-ləri ortadan qaldırdığın demək olar.

  1. Episode IV: A New Hope

  2. Episode V: The Empire Strikes Back

  3. Episode II: Attack of the Clones

  4. Episode III: Revenge of the Sith

  5. Episode VI: Return of the Jedi

Davamında hekayəni izləmək istəsəniz:

  1. Episode VII: The Force Awakens

  2. Episode VIII: The Last Jedi

  3. Episode IX: The Rise of Skywalker

Bütün Star Wars Kainatının Xronoloji İzləmə Ardıcıllığı

Fərq etdiyiniz kimi, indiyə qədər sadəcə filmlərdən bəhs etdik, seriallar və animasiyalara deyinmədik. Ancaq Star Wars-u genişlədən bu əsərləri də unutmamaq lazımdır. Aşağıda, Star Wars kainatında keçən bütün əsərlərin xronoloji izləmə ardıcıllığını tapa bilərsiniz.

  1. Star Wars Episode I: The Phantom Menace (A New Hope-dan 32 il əvvəl)
  2. Star Wars Episode II: Attack of the Clones (A New Hope-dan 22 il əvvəl)
  3. The Clone Wars (2008 tarixli bir animasiya filmi, Episode 2 və Episode 3 arasında keçir)
  4. The Clone Wars (2008-də başlayan animasiya serialı, Episode 2-nin davamında başlayır və Episode 3-ün sonuna qədər davam edir)
  5. Star Wars Episode III: Revenge of the Sith (A New Hope-dan 19 il əvvəl)

  6. The Bad Batch (2021 tarixli bir animasiya serialı. Episode 3-ün sonundakı hadisələr ilə başlayır)

  7. Solo: A Star Wars Story (A New Hope-dan 10 il əvvəl)

  8. Star Wars: Rebels (Animasiya serialı. hekayəsi Episode 3 və Episode 4 arasında keçməkdədir)

  9. Rogue One: A Star Wars Story (A New Hope-un başlanğıcından bir az əvvəl bitir)

  10. Star Wars Episode IV: A New Hope

  11. Star Wars Episode V: The Empire Strikes Back (A New Hope-dan 3 il sonra)

  12. Star Wars Episode VI: Return of the Jedi (A New Hope-dan 4 il sonra)

  13. The Mandalorian (A New Hope-dan təxminən 9 il sonra)

  14. Star Wars: Resistance (Animasiya serialı. A New Hope-dan 34 il sonrasında keçir)

  15. Star Wars Episode VII: The Force Awakens (A New Hope-dan 34 il sonrasında keçir)

  16. Star Wars Episode VIII: The Last Jedi (A New Hope-dan 34 il sonrasında keçir)

  17. Star Wars Episode IX: The Rise of Skywalker (A New Hope-dan 35 il sonrasında keçir)

 

Məqaləmizi oxuyan bütün film, serial sevənlərə Series.Az komandası olaraq xoş izləmələr diləyirik! 

 


Mənbə: https://www.bilimkurgukulubu.com/sinema/sinema-uzerine/star-wars-izleme-sirasi/

Köməyə ehtiyac var? Bizimlə əlaqə saxla

[email protected]