Scroll down
Məqalə:

73-cü Emmy Mükafatları Qaliblərini Tapdı

73-cü Emmy Mükafatları Qaliblərini Tapdı

73-cü Emmy Mükafatları Qaliblərini Tapdı

73-cü Emmy Mükafatları Qaliblərini Tapdı

Televiziya dünyasının ən prestijli mükafatları olaraq bilinən Emmy Mükafatları öz sahiblərini tapdı. Netflix istehsalı The Crown, dram kateqoriyalarındakı bütün, 11 mükafatın hər birini qazanaraq tarix yazdı. 21 nominasiyası olan The Handmaid’s Tale isə mərasimdən əli boş qayıtdı. Mərasimdə önə çıxan digər əsərlər isə Ted Lasso, Mare of Easttown və Queen’s Gambit oldu.

Televiziya dünyasının ən əhəmiyyətli qurumlarından olan Emmy Mükafatları, 19 Sentyabrda təşkil edilən mərasimlə sahiblərini tapdı. Aparıcılığı Cedric the Entertainer tərəfindən edilən gecə fiziki olaraq məhdud sayda tamaşaçı ilə keçirildi. Bu il 73-cü dəfə paylanan mükafatlara keçən mövsümün bir çox önə çıxan əsəri layiq görülsə də, gecəyə Netflix-in The Crown serialı damğa vurdu. Emmy tarixində ilk dəfə Drama kateqoriyalarındakı bütün mükafatları qazanan serial,  bu uğuru qazanan ilk əsər oldu. Oxşar bir uğuru, keçən il komediya kateqoriyalarında Schitt's Creek serialı göstərmişdi.

Bu il komediya kateqoriyalarında isə Apple TV+ serialı Ted Lasso-nun hakimiyyəti mövcuddu. Gecəni Komediya kateqoriyasında ən yaxşı serial mükafatı da daxil olmaqla ümumillikdə 7 mükafatla tərk edən serial, Ən Yaxşı Aktyor, Ən Yaxşı Köməkçi Aktrisa və Ən Yaxşı Köməkçi Aktyor kimi əhəmiyyətli mükafatlarda uğur qazandı. Komediya kateqoriyalarında bir digər önə çıxan əsər isə HBO-nun Hacks serialı oldu.



Mini Serial kateqoriyalarında isə Netflix-in "Queen's Gambit" serialı önə çıxan əsər oldu. Ən Yaxşı Mini Serial ilə yanaşı bir çox texniki kateqoriyada mükafat alan serial, ümumilikdə 11 mükafat qazandı.



Mini Serial kateqoriyalarında il boyu özlərinə ciddi izləyici kütlələri toplayan "I May Destroy You" və "Mare of Easttown"un qazandığı mükafatlar həyəcan verici hadisələr arasında idi. Michaela Coel-un həm ssenari müəllifi, həm rejissor, həm də baş rolunda olduğu "I May Destroy You" əsəri ilə bu kateqoriyada Ən Yaxşı Ssenari mükafatını qazandı.



Kate Winslet "Mare of Easttown" serialındakı performansına görə Ən Yaxşı Aktrisa mükafatına layiq görülmüşdür. Bundan əlavə "Mare of Easttown" aktyorluq kateqoriyasında daha iki mükafat daha qazanmışdır.



Hər il olduğu kimi, Emmy Mükafatları da bu il platformalar arası rəqabətə də səhnə oldu. Ümumilikdə 44 mükafat qazanan Netflix, bu il ilk dəfə rəqiblərini üstələdi və ən çox mükafat alan platforma oldu. Mərasimdə HBO 130, Netflix 129 nominasiya sahibdi.



73-cü Emmy Mükafatında önə çıxan kateqoriyalarda mükafat qazanan əsərlərin siyahısı belədir:

Ən Yaxşı Serial – Dram



 

  • The Boys (Amazon)
  • Bridgerton (Netflix)
  • The Crown (Netflix) (Qalib)
  • The Handmaid’s Tale (Hulu)
  • Lovecraft Country (HBO)
  • The Mandalorian (Disney+)
  • Pose (FX)
  • This Is Us (NBC)

Ən Yaxşı Serial – Komediya

  • Black-ish (ABC)
  • Cobra-Kai (Netflix)
  • Emily in Paris (Netflix)
  • Hacks (HBO Max)
  • The Flight Attendant (HBO Max)
  • The Kominsky Method (Netflix)
  • Pen15 (Hulu)
  • Ted Lasso (Apple TV+) (Qalib)

Ən Yaxşı Mini Serial

  • I May Destroy You (HBO)
  • Mare of Easttown (HBO)
  • The Queen’s Gambit (Netflix) (Qalib)
  • The Underground Railroad (Amazon)
  • WandaVision (Disney+)

Ən Yaxşı Aktrisa – Dram

  • Uzo Aduba (In Treatment)
  • Olivia Colman (The Crown) (Qalib)
  • Emma Corrin (The Crown)
  • Elisabeth Moss (The Handmaid’s Tale)
  • MJ Rodriguez (Pose)
  • Jurnee Smullet (Lovecraft Country)

Ən Yaxşı Aktyor – Dram

  • Sterling K. Brown (This Is Us)
  • Jonathan Majors (Lovecraft Country)
  • Josh O’Connor (The Crown) (Qalib)
  • Rege-Jean Page (Bridgerton)
  • Billy Porter (Pose).
  • Matthew Rhys (Perry Mason)

Ən Yaxşı Aktrisa – Mini Serial  /  TV Film


  • Michaela Coel (I May Destroy You)
  • Cynthia Erivo (Genius: Aretha)
  • Anya Taylor-Joy (The Queen’s Gambit)
  • Elizabeth Olsen (WandaVision)
  • Kate Winslet (Mare of Easttown) (Qalib)
  • Ən Yaxşı Aktyor – Mini Serial / TV Film
  • Paul Bettany (WandaVision)
  • Hugh Grant (The Undoing)
  • Ewan McGregor (Halston) (Qalib)
  • Lin-Maneul Miranda (Hamilton)
  • Leslie Odom, Jr. (Hamilton)

Ən Yaxşı Aktrisa – Komediya

  • Tracee Ellis Ross (Black-ish)
  • Aidy Bryant (Shrill)
  • Kaley Cuoco (The Flight Attendant)
  • Allison Janney (Mom)
  • Jean Smart (Hacks) (Qalib)

Ən Yaxşı Aktyor – Komediya


  • Michael Douglas (The Kominsky Method)
  • Anthony Anderson (Black-ish)
  • William H. Macy (Shameless)
  • Jason Sudeikis (Ted Lasso) (Qalib)
  • Kenan Thompson (Kenan)

Ən Yaxşı Köməkçi Aktrisa – Dram

  • Gillian Anderson (The Crown) (Qalib)
  • Helena Bonham Carter (The Crown)
  • Madeline Brewer (The Handmaid’s Tale)
  • Ann Dowd (The Handmaid’s Tale)
  • Aunjanue Ellis (Lovecraft Country)
  • Emerald Fennell (The Crown)
  • Yvonne Strahovsk (The Handmaid’s Tale)
  • Samira Wiley (The Handmaid’s Tale)

Ən Yaxşı Köməkçi Aktyor – Dram

  • Giancarlo Esposito (The Mandalorian)
  • Bradley Whitford (The Handmaid’s Tale)
  • O-T Fagbenie (The Handmaid’s Tale)
  • John Lithgow (Perry Mason)
  • Tobias Menzies (The Crown) (Qalib)
  • Max Minghella (The Handmaid’s Tale)
  • Chris Sullivan (This Is Us)
  • Michael K. Williams (Lovecraft Country)

Ən Yaxşı Köməkçi Aktrisa – Komediya

  • Aidy Bryant (Saturday Night Live)
  • Hannah Einbinder (Hacks)
  • Kate McKinnon (Saturday Night Live)
  • Rosie Perez (The Flight Attendant)
  • Cecily Strong (Saturday Night Live)
  • Juno Temple (Ted Lasso)
  • Hannah Waddingham (Ted Lasso) (Qalib)

Ən Yaxşı Köməkçi Aktyor – Komediya

  • Carl Clemons-Hopkins (Hacks)
  • Brett Goldstein (Ted Lasso) (Qalib)
  • Brendan Hunt (Ted Lasso)
  • Nick Mohammed (Ted Lasso)
  • Paul Reiser (The Kominsky Method)
  • Jeremy Swift (Ted Lasso)
  • Kenan Thompson (Saturday Night Live)
  • Bowen Yang (Saturday Night Live)

Ən Yaxşı Köməkçi Aktrisa – Mini Serial / TV Film

  • Renée Elise Goldsberry (Hamilton)
  • Kathryn Hahn (WandaVision)
  • Moses Ingram (The Queen’s Gambit)
  • Julianne Nicholson (Mare Of Easttown) (Qalib)
  • Jean Smart (Mare Of Easttown)
  • Phillipa Soo (Hamilton)

Ən Yaxşı Köməkçi Aktyor – Mini Serial / TV Film

  • Thomas Brodie Sangster (The Queen’s Gambit)
  • Daveed Diggs (Hamilton)
  • Paapa Essiedu (I May Destroy You)
  • Jonathan Groff (Hamilton)
  • Evan Peters (Mare of Easttown) (Qalib)
  • Anthony Ramos (Hamilton)

Ən Yaxşı Ssenari – Dram

  • Rebecca Sonnenshine (The Boys, Bölüm: ‘What I Know’)
  • Peter Morgan (The Crown, Bölüm: ‘War’) (Qalib)
  • Yahlin Chang (The Handmaid’s Tale, Bölüm: ‘Home’)
  • Misha Green (Lovecraft Country, Bölüm: ‘Sundown’)
  • Dave Filoni (The Mandalorian, Bölüm: ‘Chapter 13: The Jedi’)
  • Jon Favreau (The Mandalorian, Bölüm: ‘Chapter 16: The Rescue’)
  • Steven Canals, Brad Falchuk, Our Lady J, Janet Mock, Ryan Murphy (Pose, Bölüm: ‘Series Finale’)

Ən Yaxşı Ssenari – Komediya

  • Steve Yockey (The Flight Attendant, Bölüm: ‘In Case of Emergency’)
  • Meredith Scardino (Girls5eva, Bölüm: ‘Pilot’)
  • Lucia Aniello, Paul W. Downs, Jen Statsky (Hacks, Bölüm: ‘There Is No Line’) (Qalib)
  • Maya Erskine, (PEN15, Bölüm: ‘Play’)
  • Joe Kelly, Brendan Hunt, Jason Sudeikis, (Ted Lasso, Bölüm: ‘Make Rebecca Great Again’)
  • Jason Sudeikis, Bill Lawrence, Brendan Hunt, Joe Kelly, (Ted Lasso, Bölüm: ‘Pilot’)

Ən Yaxşı Ssenari - Mini Serial / TV Film

  • Michaela Coel (I May Destroy You) (Qalib)
  • Brad Ingelsby (Mare of Easttown)
  • Scott Frank (The Queen’s Gambit)
  • Chuck Hayward ve Peter Cameron (WandaVision, Bölüm: ‘All-New Halloween Spooktacular!’)
  • Jac Schaeffer (WandaVision, Bölüm: ‘Filmed Before a Live Studio Audience’)
  • Laura Donney (WandaVision, Bölüm: ‘Previously On’)

Ən Yaxşı Rejissor - Mini Serial / TV Film

  • Thomas Kail (Hamilton)
  • Sam Miller ve Michaela Coel (I May Destroy You, Bölüm: ‘Ego Death’)
  • Sam Miller (I May Destroy You, Bölüm: ‘Eyes Eyes Eyes Eyes’)
  • Craig Zobel (Mare of Easttown)
  • Scott Frank (The Queen’s Gambit) (Qalib)
  • Barry Jenkins (The Underground Railroad)
  • Matt Shakman (WandaVision)

Ən Yaxşı Rejissor – Dram

  • Julie Anne Robinson (Bridgerton, Bölüm: ‘Diamond of the First Water’)
  • Benjamin Caron (The Crown, Bölüm: ‘Fairytale’)
  • Jessica Hobbs (The Crown, Bölüm: ‘War’) (Qalib)
  • Liz Garbus (The Handmaid’s Tale, Bölüm: ‘The Wilderness’)
  • Jon Favreau (The Mandalorian, Bölüm: ‘Chapter 9: The Marshal’)
  • Steven Canals (Pose, Bölüm: ‘Series Finale’)

Ən Yaxşı Rejissor – Komediya

  • James Burrows (B Positive, Bölüm: ‘Pilot’)
  • Susanna Fogel (The Flight Attendant, Bölüm: ‘In Case of Emergency’)
  • Lucia Aniello (Hacks, Bölüm: ‘There Is No Line’) (Qalib)
  • James Widdoes (Mom, Bölüm: ‘Scooby-Doo Checks and Salisbury Steak’)
  • Zach Braff (Ted Lasso, Bölüm: ‘Biscuits’)
  • MJ Delaney (Ted Lasso, Bölüm: ‘The Hope that Kills You’)
  • Declan Lowney (Ted Lasso, Bölüm: ‘Make Rebecca Great Again’)

 

Məqaləmizi oxuyan bütün film, serial sevənlərə Series.Az komandası olaraq xoş izləmələr diləyirik!


Mənbə: https://variety.com/2021/tv/news/2021-emmy-winners-list-1235066771/

Köməyə ehtiyac var? Bizimlə əlaqə saxla

[email protected]