YENİ TELEGRAM KANALIMIZI İZLƏYİN @SERIESAZOFFICIAL
''El Camino: Breaking Bad'' filmi serialın tam olaraq bitdiyi yerdən başlayır, qaçaq olan Jesse Pinkman-a və onun qaçış hekayəsindən bəhs edir.
Əqli problemli komediyaçı Artur Flekə Gotham şəhərində pis davranılır və istismar olunur. Bütün bu hadisələr ona inqilab və qanlı cinayətin yolunu açır. Bu yol onu alter-ego Joker ilə üz-üzə qoyur.
Şekspirin əsərinə əsaslanan The King filmi İngiltərə taxtının varisi dikbaş şahzadə Hal'ın həyatından bəhs edir. Hal ailəsindən və taxtdan üz çevirib sadə xalq arasında həyatına davam edirdi. Lakin atası öldükdən sonra Kral V Henry olaraq taxta çıxmaq məcburiyyətində qalır. O artıq sarayda dəyişikliklər etməli, müharibə və xaosun təsirini aradan qaldırmalıdır. Xoş izləmələr!
Peter Highman (Robert Downey Jr.) beş gündən sonra ilk övladını qucağına alacaq atadır. Peter təyyarəsini qaçırır və bütün planlar pozulur. Sonda özünü Ethan Tremblay'ın (Zach Galifianakis) maşınında tapır. Maraqlı və gülməli hadisələr cərəyan edir.
Film ölkəsinə dəlicəsinə bağlı olan Şimali Afrikalı general Aladeenin demokratiyasının ölkəsinə gəlməməsi üçün verdiyi mübarizəni yumor şəklində bizə göstərir. Bir diktator olan Aladeen demokratiyadan nifrət edir və ölkəsinə gəlməsinə maneə törətmək adına hər cür mübarizəni vermişdir. Bir diktatorun edəcəyi ən axmaq və absurd hadisələr ancaq bu qədər yaxşı izah edilə bilərdi. Xoş izləmələr!
Alyaskanın Nome qəsəbəsində ölümcül bir xəstəlik başlayır, burada müalicə üçün Nome-dən 600 mil məsafəyə getmək lazımdır. Leonard zəif görünüşlü, qoca Sibir qurdu Toqonun başçılığı ilə yola düşdü. Leonard və Toqo bu çətin şərtlərə baxmayaraq şəhər əhalisinə kömək etməyə çalışacaqlar.Sizi çox maraqlı və dramatik hadisələr gözləyir.
Lion King - balaca bir aslan balası olan Simba'nın macəralarından bəhs edir. Meşənin kralı olan atası Mufasa'ya böyük rəğbət bəsləyən Simba əmisi Scar'ın planlarından xəbərsizdir. Kral olmaq üçün fürsət axtaran Scar Mufasa'nı öldürdükdən sonra Simba üçün təhlükə yaranır. Əmisinin xəyanəti və atasının ölümü ilə paramparça olan Simba sürgünə gedəcəkdir. Lakin bir gün o, haqqı olanı almaq üçün geri dönəcək. Xoş izləmələr!
Park ailəsi ilə tanış olun: atadan gələn sərvətlə zəngindirlər. Digər tərəfdən, Kim siləsi küçə zəkası ilə zəngindir, ancaq başqa sərvətə sahib deyil. Şans əsəsri və ya təsadüfən , bu iki ailə bir araya gəlir və hadisələr cərəyan edir...
Grand Budapest Otel filmində hadisələr 20 əsrin əvvəllərində baş verir. Hekayədə, Avropanın xəyal etdiyi Zubrowka şəhərində yerləşən Grand Budapest Otelinin möhtəşəm dövrünün şahidi oluruq
Müslüm filmi arabesk musiqinin əfsanələrindən olan Müslüm Gürsesin həyat heayəsindən bəhs edir. Filmdə sənətçinin milyonları valeh edən səsinə, həyatının enişli-yoxuşlu anlarına, sənətə gəlməsində rolu olan insanlara geniş yer verilib. Xoş izləmələr!
Film Koreya Savaşında yaşanmış gerçək və drammatik bir hadisəni səhnələşdirir. 1950-ci ildə savaşda iştirak edən türk əsgəri Süleyman savaş meydanında koreyalı balaca bir qız tapır. O, qızı özü ilə aparır və ona Ayla adını verir. Qısa müddətdə bir-birinə ata-qız kimi bağlanan ikili 15 ay sonra ayrılmalı olurlar. Süleyman nə qədər çalışsa da, Koreya qanunları ona Aylanı özü ilə aparmağa imkan vermir. Onlar vidalaşdıqda yenidən görüşməyə söz verirlər. Bu görüş gerçəkləşəcək mi? Xoş izləmələr!
Ahlat Ağacı - Nuri Bilge Ceylan etiketli dram filmidir. Filmdə doğulduğu qəsəbəyə qayıdıb kitabını nəşr elətdirmək üçün pul yığmağa çalışan, lakin atasının borclarıyla qarşılaşan gəncin hekayəsi anladılır. Xoş izləmələr!
Filmdə Lord Voldemort-un ruhunun parçalarının bir hissəsini tapıb məhv edən Harry, Ron və Hermione, Dumbledore-un verdiyi tapşırığı tamamlamaq üçün arayışlarına davam edərkən Ölüm Yeyənlərə qarşı bir ölüm-dirim savaşına çıxacaqlardır. Voldemort artıq daha da güclənsə də, həm Lord-dan qaçmalı, həm Ölüm Yiyənləri zərərsizləşdirməli, həm də hortkuluqları məhv etməli olacaq komanda Ölüm Hədiyyələrinin sirrinə çatmaq üçün əllərindən gələni edəcəkdir.
Hogwarts-ın macəraçı tələbələri Harry, Ron və Hermione Voldemort-un ölümsüzlük sirrini özündə saxlayan hortkuluqları tapmağı hədəfləyirlər. Bu şər mərkəzini məhv etmək üçün yola çıxan qəhrəmanlarımız, professorların rəhbərliyindən uzaq, Dumbledore-un himayəsindən məhrum şəkildə tək başlarına yola çıxmışdırlar. Üç ən yaxşı dost artıq bir-birinə hər zamankindən daha çox güvənməlidir. Ancaq onları təhdid edərək ayrı salmaq istəyən Qaranlıq Qüvvələr də aralarında fitnə salmaq üçün onları təqib edir
Harry Potter Hogwarts-da 6-cı ilində üzərində ''Bu kitab Mələz Şahzadəyə aiddir'' yazılı bir kitab tapır. Kitabın içindəki sehrlər və Mələz Şahzadənin kimliyini araşdırmağa başlayan Harry, Dumbledore-un köməyi ilə düşməni Voldemort ilə son döyüşə başlamazdan əvvəl keçmişi haqqında daha çox şey öyrənməyə çalışır. Dumbledore, Harry-ni sürətlə yaxınlaşdığını bildiyi son döyüşə savaşa hazırlamaq üçün hər zamankindən daha qətiyyətlidir. Bu dəfə Harry Potter və dostlarını çox çətin bir savaş gözləyir
Privet Drive-da keçən tək başına bir yaydan sonra Harry Hogwarts=a qayıdır. Tələbə və ailələrindən çox azı Voldemort-un həqiqətən geri döndüyü haqqında Harry və Dambldore-a inanır. Sehir Naziri də bu vəziyyətə inanmadığı üçün lazımi tədbirləri almaqda gecikir. Bu müddətdə isə bütün sehrbazlar təhdid altında qalır. Bir müddət sonra, Sehir Nazirliyi tərəfindən hadisələri göndərilən Dolores Umbridge, bütün qaydaları kabusa çevirir. Bütün bunlarla Harry, Hogwarts-dakı ən çətin ilinə başlayır
Harry-nin Hogwart-dakı dördüncü ili başlamaq üzərədir. Yay tətilində dostları ilə xoş vaxt keçirən Harry. bu il göstərişli və qorxunc hadisələr silsiləsindən keçəcəyinin hələ ki fərqində deyildir. Lord Voldemort-la üz-üzə gəlməsi yeni dərs ilinin ən heyranedici hekayəsini təşkil edəcəkdir. Quidditch Dünya Kubokunun finalını izləyəcək və eyni zamanda da bir-birinə rəqib olan böyük sehrbazlıq məktəblərinin favoritləri ilə turnirə girəcəkdir.
Harry Potter qohumlarıyla çətin anlar yaşayır. O, ailəsinə təhqiramiz davranışlar sərgiləyən Vernon-un bacısı Marge-yə sehrləyib qaçır. Məktəbdən kənarda sehr istifadə etdiyi üçün qorxsa da cəzalandırılmadığını gördükdə çox təəccüblənir. Lakin tezliklə təhlükəli bir cinayətkar olan Lord Voldemort-un köməkçisi Sirius Black-in Azkaban həbsxanasından qaçdığını öyrənir. Həbsxanadakı cinayətkarlardan məsul Dementorlar, iğtişaşlara səbəb olur. Harry-nin yeni macərasında tapılmalı olan bir çox sirr var
Harry-nin yanlarında qalmaq məcburiyyətində olduğu üçün yaşadığı Dursley ailəsi, Harry-ə pis davranmağa davam edir. Harry bu əzabdan qurtulmaq üçün ən qısa zamanda sevimli məktəbi Hogwarts-a qayıtmağın xəyalın qurmaqdadır. Vaxt gəlir və Harry hazırlaşmağa başlayır, lakin bir elf olan Dobby ona məktəbə qayıdarsa böyük bir fəlakətlə qarşılaşacağı mövzusunda ona xəbərdarlıq edir. Sirlər otağı ortaya çıxmış və çox qaranlıq bir güc Hogwarts-a hakim olmağa başlamışdır. Xoş İzləmələr!
Harry Potter-in ailəsi ağır və şaibəli bir avtomobil qəzasında ölmüşdür. Kimsəsiz və yetim qalan Harry-nin sığınacaq tək yeri, arasının çox da yaxşı olmadığı xalasıgildir. Harry, bütün həyatı ərzində xalasıgil tərəfindən pis davranışlar ilə böyüyür. Ancaq Harry Potter indi 11 yaşındadır və Harry-nin xəyalları və bacarıqları günü-gündən üzə çıxır. Tezliklə Hogwarts sehrbazlıq məktəbinə dəvət olunur. İndi yeganə məqsədi ailəsinin bu şübhəli qəzasını araşdırmaq və günahkarları cəzalandırmaqdır.
The Irishman, bir mafya tətikçisi olan Frank Sheeran’ın həyatından bəhs edir. II. Dünya Müharibəsində iştirak edən keçmiş əsgər Frank Sheeran, illər boyu 'Bufalino' cinayətkar dəstəsi üçün çalışmışdır. Bir çox məşhur insan üçün çalışan və 'İrlandiyalı' ləqəbi ilə tanınan Sheeran, eyni zamanda həmkarlar ittifaqı işçisidir. Filmdə Amerika tarixinin ən qaranlıq hadisələrindən biri olan işçi lideri Jimmy Hoffa'nın yoxa çıxması da vurğulanır. Xoş izləmələr!
Uşaqlıqda yaşadıqlarının qaranlıq kölgəsi altında qalan, travmalarıyla boğuşan Danny artıq alkoqolik olmuşdur. Atasının ümidsizlik, alkoqolizm və şiddət mirasından qurtulmağa çalışaraq New Hampshire qəsəbəsində bir dəstək qrupuyla yaşamağa başlayır. O, burada 'parlama' gücü sayəsində ölənlərin son anlarında onlara hüzur verə bildiyi bir qocalar evində işləyir. Onun 'True Knot' adlı cəmiyyətin nümayəndələri ilə qarşılaşması və sonrasında olanlar isə izləməyə dəyər. Xoş izləmələr!
Film məsum olduğunu iddia etməsinə rəğmən həyat yoldaşını və onun sevgilisini öldürməklə günahlandırılan bankir Andy Dufresne'in Shawshank həbsxanasında keçən 20 illik hekayəsini anladır. Filmin əsas məğzini 'ümidin heç vaxt ölməməsi' təşkil edir. Xoş izləmələr!
6 Aprel 1917. Bir alay düşmən bölgəsinə ağır zərbə vurmaq üçün planlar qurur.İki qəhrəman əskər zamana qarşı yarışaraq 1600 insanın ölümcül tələyə düşməməsi üçün bir mesaj aparırlar.Oscar mükafatıı almış bu möhtəşəm film series.az da!
Kate Londonda yaşayan gənc qadındır. Həyatında çox səhv qərarlar verən gənc qadın, elf rolunu oynadığı bir Milad dükanında işləyir. Tom adlı bir kişinin gözlənilməz bir vaxtda Kate'nin həyatına daxil olması gənc qadının dünyasının tamamilə dəyişməsinə səbəb olacaqdır. Xoş izləmələr!